Bu günlərdə "Neft Daşları" yatağındakı 2521 nömrəli platformadan 2 yeni quyu qazmadan istismara verilib. SİA-nın xəbərinə görə, 2522 nömrəli quyu 1379-1367 metr intervaldan, 2524 nömrəli quyu isə 1219-1214 metr intervaldan sutkada 5 ton neft hasilatı ilə işləyir. Qeyd edək ki, platformada qazma işləri "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Trestinin "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir. 2521 nömrəli platformadan ümumilikdə 12 quyunun qazılması nəzərdə tutulub ki, bunların 4-ü artıq uğurla istismar olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB