Neftin qiymətində kəskin enmə
müşahidə olunur. SİA-nın məlumatına görə, son günlərdə neftin qiymətindəki artım bu gün əks
proseslə yadda qalıb. Bunun səbəbi isə ABŞ-ın əlindəki neft ehtiyatlarının
azalması və Yunanıstandakı hadisələrdir.
İyunun 24-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron
ticarət əməliyyatlarının gedişində Brent markalı neftin iyul fyuçerslərinə olan
dəyəri 6,95 dollar azalaraq 107,26 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinə olan
qiyməti 4.39 dollar azalaraq 91.02 dollar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB