İsrail müdafiə sənayesi sahəsində rekorda cəhd edir

İsrail müdafiə sənayesi sahəsində rekorda cəhd edir
İsrailin müdafiə sənayesi məhsullarının ixracatı ölkədə qlobal iqtisadi böhrana baxmayaraq keçən əvvəlki ilə nisbətən 300 milyon dollar artaraq 7,2 milyard dollara çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrail Müdafiə Nazirliyindən bildirilib ki, 2009-ci ildə17,3 milyard dollar olan ölkənin müdafiə sənayesi məhsullarına olan sifarişin siyahısı keçən il 18,8 milyard dollara yüksəlib. Həmçinin, müdafiə sənayenin inkişafının ölkə iqtisadiyyatına çox əhəmiyyəti olacağını da vurğulayıb. Hazırda ölkədə150 şirkətin aviasiya və kosmos sənaye sahəsində fəaliyyət göstərdiyini ifadə edən İsrail Müdafiə Nazirliyi sektorda 44 min adamın işlə təmin edildiyini də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə