Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postunda 800 avtomobil gözləyir.
SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, "Astara" gömrük postunda 83, "Mazımqara" gömrük postunda 2, "Samur" gömrük postunda 235 yük maşını var.
Eyni zamanda, "Xanoba" gömrük postunda gözləyən avtomobillərin sayı isə 10-dur.
Məlumata görə, hazırda "Biləsuvar" gömrük postunda gözləyən avtomobil yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB