Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22 min 115,5 ton kərə yağı istehsal edilib. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 10,4 % azdır.
Noyabrın 1-nə ölkədə 174,3 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 4,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanda 4 milyard 191,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,5 % çoxdur.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB