Azərbaycanda qaymaq və xama istehsalı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 8 min 534,6 ton qaymaq və xama istehsal edilib. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 % çoxdur.

Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 3,4 % azalaraq 44 min 261,7 tona çatıb.

Noyabrın 1-nə respublikada 0,7 ton qaymaq və xama, 47,2 ton isə pendir və kəsmik ehtiyatı yaranıb ki, bu da, illik müqayisədə müvafiq olaraq 7 dəfə və 20,7 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 4 milyard 191,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,5 % çoxdur.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə