Sakinlərin NƏZƏRİNƏ - bu gün bəzi ərazilərdə işıq olmayacaq

Suraxanıda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Zığ qəsəbəsini qidalandıran 1 və 2-ci hava xətlərinin bir hissəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar fevralın 3-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək qəsəbədə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə