Azərbaycanda problemli kreditlər yenə artıb

2024-cü il dekabr ayının 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,7 faizini təşkil edib. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsimdən əldə etdiyi məlumatda bildirilib. Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2024-cü il dekabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz artaraq, milli valyuta ekvivalentində 29066,8 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 24277,5 milyon manatı və ya 83,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,1 faizi banklar, 5,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 496,6 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 12,8 faiz artım deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə