Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Cari ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,5 faiz artaraq 11 milyard 394,5 milyon manat olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 8 milyard 593,4 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 1116,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 120,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə