Dövlət satınalmalarına dair 1500-dən çox protokol ləğv edilib

Dövlət satınalmalarına dair 1500-dən çox protokol ləğv edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Dövlət Xidmətindən bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində satınalan təşkilatlardan quruma daxil olmuş 9831 yekun protokol təhlil edilib.

Qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunmuş 1514 yekun protokol Dövlət Xidməti tərəfindən ləğv edilib. Bu, ümumi təhlil edilən protokolların 15,4 faizini təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə