Naxçıvanda Dövlət Vergi Xidməti “Açıq qapı” günü keçirib - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti orta məktəb şagirdləri üçün “Açıq qapı” günü təşkil edib. Xidmətdən SİA-ya bildirilib ki, tədbir Ordubad şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində keçirilib. Vergi biliklərinin formalaşdırılması məqsədilə şagirdlərə vergilərin mahiyyəti, əhəmiyyəti və növləri barədə məlumatlar verilib, mərkəzin işi ilə yaxından tanış olmaq üçün şərait yaradılıb.

Diqqətə çatdırılıb ki, mərkəzdə həssas qrupdan olan şəxslərə xidmət və vergi könüllüləri otaqları da yaradılıb.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, şagirdlərə hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə