AMB faiz qərarını açıqlayacağı tarixi dəyişib

Azərbaycan Mərkəzi Bankı (AMB) faiz qərarını açıqlayacağı tarixi oktyabrın 30-dan noyabrın 1-nə dəyişib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb qurumun sədri Taleh Kazımovun rəhbərliyi ilə nümayəndə heyətinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak etməsidir. Odur ki, AMB-nin İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə mətbuat konfransının da 1 noyabrda keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə