Oğuz - Qəbələ xəttində qəza ilə əlaqədar Alatava, Badamdar, Şimal, Şərq, Balaxanı, Qala, Zirə su anbarlarının həcmində azalma olacaq. SİA xəbər verir ki, bu səbəbdən Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarının bir hissəsinin su təchizatında fasilələr yaranacaq. Suyun verilmə rejimində dəyişiklik ediləcək. Səhər suyun verilməsi bir saat gec başlanılacaq, axşam, iki saat tez dayandırılacaq. Qəzanın aradan qaldırılması məqsədilə geniş işlər aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB