Paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi artıb

Yanvar-may aylarında paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7 faiz artaraq 600,5 milyon manat olub. Bakı Şəhər Statistika İdarəsindən SİA-ya bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 332,6 milyon manat olub. Bu, ümumi dövriyyənin 55,4 faizini təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə