Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi əhaliyə müraciət edib

Bəzi hallarda yol-nəqliyyat hadisələri zamanı ya svetoforlar yararsız vəziyyətə düşür, ya da onun idarəetmə qutusu sıradan çıxır. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov SİA-ya bildirib ki, cari ilin əvvəlindən bu vaxta qədər avtomobil qəzaları nəticəsində 19 svetofor və 1 svetoforun idarəetmə qutusu sıradan çıxıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək, yollarda ləngiməni azaltmaq məqsədilə yol polisi ilə mütəmadi olaraq informasiya mübadiləsi aparılsa da, yararsız vəziyyətə düşən svetoforların yenisi ilə əvəz edilməsi bir neçə gün çəkə bilir. Belə hadisələr zamanı və ya texniki səbəblərdən svetoforlarda problem yarandıqda sürücülərdən “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin tələblərinə əməl etmələri tövsiyə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə