Rusiya Federasiyası ilə Ukrayna arasında vasitəçi ola bilər

“Türkiyə qlobal dəniz daşımalarındakı payını artırmaq üçün səylərini artırır”.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu deyib. Nazirin sözlərinə görə, təkcə 2024-cü ilin yanvar-may aylarında Türkiyənin dəniz limanları vasitəsilə yüklərin daşınmasının həcmi 225 milyon 464 min 363 ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,6 faiz çoxdur. Bu ilin may ayında birbaşa Türkiyə limanlarına 45 milyon 988 min 445 ton yük göndərilib ki, bunun da 13 milyon 64 min tonu xaricə yola salınıb.

Ə.Uraloğlu qeyd edib ki, may ayında yüklərin daşınması üzrə lider İzmir əyalətindəki Əliağa limanı olub və oradan 7,7 milyon ton yük göndərilib. Sonrakı yerlərdə Kocaeli (7,5 milyon ton yük) və İskəndərun (5,6 milyon ton yük) limanları gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə