2024-cü il üzrə dövlət büdcəsinə dəyişikliklər ediləcək

2024-cü il üzrə dövlət büdcəsinə dəyişikliklər ediləcək

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib. SİA xəbər verir ki, qanun layihəsi Milli Məclisin iyunun 7-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat, dövlət büdcəsinin gəlirləri isə 36 milyard 353 milyon manat həcmində proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764 milyon manat artaraq 3 milyard 354 milyon manata çatdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə