“Hər bir şirkətin ən dəyərli aktivləri insanlardır” - Ali Al Sayegh
“Bakı indiyə kimi səfər etmədiyim ən gözəl şəhərlərdəndir. Bu şəhəri gəzdikcə mənə elə gəlir ki, Birləşmiş Ərəb Əmirlikləri ilə bir sıra oxşarlıqlar var. Çünki hər iki yer də gənc insanlarla doludur. Həm Bakıda, həm də BƏƏ-də gənc nəsil çoxluq təşkil edir”. SİA xəbər verir ki, bu sözləri Bakı Enerji Forumunun II günündə ADNOC şirkətinin nümayəndəsi Ali Al Sayegh deyib.
O bildirib ki, hər hansı şirkətin ən dəyərli aktivləri insanlardır: “Biz 50 il əvvəl bunu başa düşdük. Hazırkı strategiyamız ondan ibarətdir ki, zaman bizim üçün çox vacibdir. Biz ADNOC şirkətini quranda ilk növbədə müqavimətə, bacarıqlılığa və əlimizdə olan insanlara fokuslanmağı düşündük. ADNOC-da insan kapitalı funksiyası mövcuddur. Biz bir neçə ildən bir müxtəlif sorğular həyata keçiririk. Bu bir strategiyadır. Vacib məqam ondan ibarətdir ki, düzgün mədəniyyət, təşkilatımızın düzgün səlahiyyət gücü, düzgün düşüncə tərzi olmalıdır”.
“Bilirəm ki, Azərbaycan COP-a mükəmməl ev sahibliyi edəcək. BƏƏ bu tədbirə ev sahibliyi edəndə əvvəlcə COP-un nə demək olduğunu ölkəmizdə heç kiç bilmirdi. Ona görə də bu baxımdan təlimlərin keçirilməsi önəmli idi. ADNOC-un işçiləri COP-dan sonra anladılar ki, dayanıqlılığın şirkətimizə gətirdiyi dəyər nədir”,- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB