Sosial Dəstək Mərkəzi auditor seçir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 61 manatdır.

İddiaçılar təkliflərini mayın 23-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 23-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə