Elektromobil bazarında hansı çatışmazlıqlar var? - AYDINLIQ GƏTİRİLDİ
“Son illərdə ölkəmizdə elektromobillərə maraq ciddi şəkildə artıb. Lakin ötən il edilən gömrük və vergi güzəştləri sayəsində elektromobillərin idxalı kəskin şəkildə artdı. Cəmi bir il ərzində ölkəmizdə elektromobillərin sayı 9 dəfə çoxalıb. Təbii ki, dövlətin etdiyi gömrük və vergi güzəştləri bu sahədə canlanma yaratsa da, hələlik ölkəmizdə zəruri infrastruktur yoxdur. Ona görə də ölkə başçısının bugünkü sərəncamı bu sahədəki problemlərin köklü həllinə təkan verəcək”. Bu sözləri SİA-ya danışan avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev deyib.
Ekspert qeyd edib ki, Bakı şəhərində əsasən özəl şirkətlər tərəfindən quraşdırılmış elektikdoldurma stansiyalarına son vaxtlar daha çox rast gəlirik: “İri ticarət mərkəzlərinin dayanacaqlarında, yeni tikilmiş binaların qarajlarında və rəsmi elektromobil dilerlərinin satış məntəqələrində elektrik doldurma məntəqələri məhdud sayda da olsa var. Açığını deyək ki, paytaxtda müəyyən infrastruktur olsa da regionlarda bu məsələ hələki həll olunmamış qalıb. Xüsusən də, magistral yolların üzərində elektrik doldurma məntəqələrinə ciddi ehtiyac var. Yaxşı olardı ki, bölgələrdəki hotellər, restoranlar da həyətlərində elektrikdoldurma məntəqələri yaratsınlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB