“Paytaxt ərazisində yarmarkaların sayının artırılmasına ehtiyac var“ - ŞƏRH EDİLDİ
“Azərbaycanda əksər bayramlar ərəfəsində, xüsusilə də yeni il və Novruz bayramı ərəfəsində bir sıra məhsulların qiymətlərində artım müşahidə olunur. Bu cür qiymət artımları isə daha çox ərzaq məhsullarını əhatə edir. Xüsusilə də həmin bayramlarda daha çox istifadə olunan qida məhsullarının qiymətlərindəki artımlar diqqəti cəlb edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Deputat bildirib ki, qeyd olunan qiymət artımları süni qiymət artımlarıdır: “Çünki bəzi sahibkarlar tələbin artmasından süni şəkildə istifadə etməyə çalışır və süni qiymət artımları etməyə meyilli olurlar. Buna görə də bir tərəfdən bazarda monitorinqlərin gücləndirilməsi və süni qiymət artımlarına qarşı mübarizənin daha da sistemləşdirilməsi, eyni zamanda paytaxt ərazisində yarmarkaların sayının artırılmasına ehtiyac var. Çünki yarmarkalar praktiki olaraq rayonlardan daha ucuz qiymətə məhsul gətirirlər. Xüsusilə də kənd təsərrüfatı məhsullarının paytaxt bazarlarına çıxarılması da qiymətlərin optimallaşdırılması və kənd təsərrüfatı, o cümlədən bir sıra ərzaq məhsullarında qiymət artımlarının qarşısının alınması baxımından vacibdir. Bu səbəbdən də həm istehlak bazarında monitorinqlərin gücləndirməsi, həm də paytaxt Bakının daha çox ərazilərində mütəmadi kənd təsərrüfatı məhsulları yarmarkasının keçirilməsini təklif edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB