Ağdam Sənaye Parkının rezidenti statusu verildi

Ağdam Sənaye Parkının ərazisində əhəng və perlit istehsalı müəssisəsi yaradılacaq. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“İnvestisiya dəyəri 15 milyon manat olan müəssisədə 100 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur”, - nazir qeyd edib.

Bununla bağlı "Ağdağ" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə