Martın 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Moldova Respublikasının energetika naziri Viktor Parlikov ilə görüşüb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, şirkətdən bildiriblər ki, görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin reallaşmasının Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanıb. Ölkələrimiz arasında müxtəlif istiqamətlərlə yanaşı, energetika sahəsində, o cümlədən neft və qaz sənayesində əməkdaşlığın genişləndirilməsi istiqamətində önəmli addımların atıldığı qeyd edilib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB