"Təbiətin bizə verdiyi enerjilərdən istifadə prioritet istiqamətdir" - DEPUTAT FİKİR BİLDİRDİ
“Ətraf mühitin çirklənməsi 3 amillə bağlı olur. Bunlar bərk məişət tullantılarının idarə olunması, ionlaşdırıcı qazlar vasitəsilə olan tullantılar və su çirklənməsi ilə baş verir. Yəni, çirklənmə bərk, maye və qaz halında olur. Ayrı-ayrılıqda hər üç istiqaməti araşdırmaq lazımdır, çünki hər üç istiqamətin təbiətin çirklənməsində mühüm rolu var”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov deyib.
Deputat bildirib ki, avtomobil bu gün dünyada qaçınılmaz olan nəqliyyat vasitəsidir, amma həm də dünyamızı çirkləndirən böyük amildir: “Su insanın yaşamasında ən vacib faktorlardan biridir, günümüzdə isə suyun azalması fonunda, hətta suyun çirklənməsi prosesi baş verir. Bu gün bio müxtəlifliyin qorunmasına xüsusilə diqqət yetirməliyik. Eyni zamanda bərk məişət tullantıları, plastiklər, sənaye məsulları və s. hər biri ətraf mühiti çirkləndirən faktorlar sırasında yer alır. Bu çirklənmə nəticədə bizim üzərində yaşadığımız dünyanın məhv olmasına gətirib çıxarır. Sənayenin inkişafı ilə atmosferdə mənfiyə doğru böyük dəyişikliklər müşahidə edilir. Buna görə də bütün dünya həyəcan siqnalı çalır, Yer kürəsinin məhv olmasının qarşısını almağa çalışır. Digər tərəfdən isə dünya öz maraqlarından imtina etmir. Atmosferin çirklənməsinin qarşısını almaq üçün yeni texnologiyaların tətbiqinə ehtiyac yaranır. Elektrik enerjisinin istehsalında, yeni bərpaolunan enerjinin stimullaşdırılması da bu faktorla bağlıdır. Dünya istəyir ki, neftdən istifadəni məhdudlaşdırsın. Lakin istəmək, bunun baş tutacığına dəlalət etmir.
Təbiətin bizə verdiyi enerjilərdən istifadə prioritet istiqamətdir və Azərbaycan da bu istiqamətdə mühüm addımlar atır. Azərbaycan təbii enerji resurslarını istehsal edərək, ixracını həyata keçirmək istəyir. Bütün bunlar isə birbaşa olaraq atmosferin qorunmasını təmin etməklə əlaqədardır. Bu sahədə maarifləndirmə işlərinin aparılmasına da ehtiyac var. Belə ki, sudan istifadənin belə səmərəliliyini təşkil edərək, ekologiyaya müsbət töhfə verə bilərik və bu sahə üzrə olan geriləmənin qarşısını ala bilərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB