Azərbaycanda bəzi məhsuldarlıq niyə aşağı düşür? - AYDINLIQ GƏTİRİLDİ

Azərbaycanda bəzi məhsuldarlıq niyə aşağı düşür? - AYDINLIQ GƏTİRİLDİ

"GMO toxumları çox bahadır. Ona görə də inanmıram ki, ölkəmizə GMO toxumları kütləvi şəkildə gətirilsin. GMO toxumları o ölkələrdə istifadə olunur ki, genetik modifikasiya olunmuş məhsulların istehsalına qanun icazə verir. Məsələn, ABŞ, Kanada, İsrail, Yaponiya və Avropa ölkələrinin bir neçəsi GMO məhsulların istehsalına icazə verir. Burada da heç bir problem görmürəm”. Bu sözləri SİA-ya kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib.

Ekspert əlavə edib ki, Azərbaycana GMO toxumlarının gətirilməsi qanunla qadağandır: “Digər tərəfdən ölkəmizə gətirilən toxumların nə qədər orqanik olduğunu demək də çətindir. Məsələn, tərəvəz toxumları əsasən Rusiyadan və digər Avropa ölkələrindən gətirilir. Həmin toxumlar GMO deyil. Onlar hibrid toxumlardır. Yəni bir neçə toxumun sintezindən hazırlanıb. Ölkəmizdə də toxum hazırlanır. Bir çox məhsulların toxumları ölkəmizdə tədarük edilir. Məsələn, buğda və arpa toxumunun çox hissəsi özümüzdə istehsal edilir".

"Sadəcə, toxumçuluq ağır sahə olduğu üçün bununla çox məşğul olunmur. Amma yüksək məhsuldar buğda və arpadan fermerlər özləri toxum tədarük edirlər. Nəzərə alaq ki, toxumluq arpa və buğda çox baha satılır. Bəzən toxumun sənədi də təqdim edilir. Ancaq burada əsas məsələ sənəd yox, qiymətdir. Ucuz qiymətə təklif edilən toxum təbii ki, şübhə doğurur. Məhz keyfiyyətsiz toxum səbəbi ilə Azərbaycanda məhsuldarlıq ilbəil aşağı düşür”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə