Türkiyənin sənaye istehsalında artım qeydə alınıb

Türkiyənin sənaye istehsalında artım qeydə alınıb

Türkiyənin sənaye istehsalı indeksi 2023-cü ilin dekabr ayında aylıq olaraq 2,4 faiz, illik olaraq isə 1,6 faiz artdı.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Statistika İdarəsi (TÜİK) 2023-cü ilin dekabr ayı sənaye istehsalı indeksi nəticələrini açıqlayıb.

Buna görə sənayenin alt sektorları araşdırıldığında, mədənçıxarma və karxana sektoru indeksi dekabr ayında keçən ilin müvafiq ayı ilə müqayisədə 1,2 faiz, emal sənaye sektoru indeksi isə 2,1 faiz, elektrik, qaz , buxar və kondisioner istehsalı və paylanması sektoru indeksi 4,5 faiz artdı.

Dekabr ayında mədənçıxarma və karxana sektoru indeksi keçən ilin müvafiq ayı ilə müqayisədə 0,7 faiz, emal sənayesi indeksi 2,9 faiz artdı və elektrik, qaz, buxar və kondisioner istehsalı və paylama sektoru indeksi 0,1 faiz azaldı.

Bütün xəbərlər Facebook səhifəmizdə