"İİTKM-də tam təkmil monitorinq və qiymətləndirmə institutu formalaşıb" - İCRAÇI DİREKTOR
“Coğrafi informasiya sistemindən istifadə edirik. Ən əsası da kameralar quraşdırılıb və biz bütün təhlillərı izləyə bilirik. Ötən il biz ilk dəfə süni intellekti kəşf etmişik. SİA xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2023-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, artıq mərkəzdə tam təkmil monitorinq və qiymətləndirmə institutu formalaşıb və bu proses elektronlaşdırılıb: "Ötən ildən etibarən monitorinq və qiymətləndirmə prosesində süni intellektin imkanlarından da istifadə edilməyə başlanıb. Artıq monitorinq portalları üzrə informasiyanın daha asan əldə olunması üçün bot texnologiyasının sınaq tətbiqi həyata keçirilib və ilkin mərhələdə uğurlu nəticə əldə olunub”.
V.Qasımlı qeyd edib ki, ötən il ilk dəfə olaraq, İİTKM-də Qiymət İzləmə Tətbiqinin (QİT) hazırlanmasına başlanıb: “Azexport.az” portal vasitəsilə 56 sərbəst satış sertifikatının (bioloji fəallığa malik qida əlavələrinin ixracı üzrə sərbəst satış sertifikatı ilk dəfə təqdim olunub) təqdim edilib və bununla da bu sertifikatların ümumi sayının 689-a çatıb. Bu il həmçinin “Azexport” vasitəsilə ölkədaxili məhsul-çatdırma xidmətı istifadəyə verilib. Eləcə də, “Azexport”un xətti ilə ilk dəfə ABŞ-a məhsul ixrac olunub. “Azexport”un daha bir yeniliyi isə “Metaverse” platformasında 10 şirkət və yerli media qurumları üçün virtual stend və konfrans zalının quraşdırılması olub. Ötən il də İİTKM-in “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən qeyri-neft ixracının həyata keçirilib və bu xəttlə 2023-cü ildə ümumilikdə 5 ölkəyə İsveçrə, Rusiya, Türkiyə, Gürcüstan və İtaliyaya 242,9 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. İxrac edilmiş məhsullar isə əsasən qiymətli metallar, süd məhsulları, qənnadı məhsullar, polad boru və pambıq mahlıcı olub”
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB