Poçt tariflərinin artırılması gözlənilmir - AZƏRPOÇT

Poçt tariflərinin artırılması gözlənilmir - AZƏRPOÇT

Azərbaycanda universal poçt xidmətləri üzrə tarixlərin artırılması üzrə hər hansı təklif yoxdur. SİA xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev ötən ilin yekunları ilə bağlı hesabat tədbirində bildirib.

"Xərclərimizin 60 %-ni işçilərin əməkhaqqı təşkil edİr. Minimum əməkhaqqının artırılması haqqında qərarlar olarsa, bu, bizim xidmətlərin maya dəyərinə təsir edər. Lakin indiki halda tariflərlə bağlı hər hansı dəyişiklik gündəmdə deyil",- deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə