"Ağ şəhər layihəsi iqtisadi və sosial sektora öz müsbət təsirlərini göstərəcək" - DEPUTAT BİLDİRDİ
“Ağ şəhər ərazisi Bakı sakinlərinin və şəhərimizin qonaqlarının ən sevimli yaşayış və gəzinti zonalarından birinə çevrilməkdədir. 1650 hektar ərazini əhatə edən Bakı Ağ Şəhərdə müxtəlif üslublu 10 rayonun salınması, 120 min yaşayış və xidmət obyektinin tikintisi, 350 hektar landşaft işlərinin görülməsi, 10 kilometr bulvar xəttinin yaradılması nəzərdə tutulub. İndiyədək 91 binanın inşası yekunlaşıb. Bu ərazidə xidmət, ticarət, ictimai iaşə, turizm, eləcə də kiçik biznes üçün əlverişli imkanlar yaradılıb ki, bütün bunlar qeyri-neft sektoru üçün vergi yığımlarına fürsət yaradır. Bu ərazidə layihənin tam yekunlaşmasından sonra burada 280 min sakin yaşayacaq və 240 min iş yeri yaradılacaq. Bu isə ölkədə həm iqtisadi sahəyə, həm də sosial sektora öz müsbət təsirlərini göstərəcək”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov bildirib.
Millət vəkili qeyd edib ki, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində həyata keçirilən işlər Bakı Ağ Şəhər layihəsinin irimiqyaslı ekoloji şəhərsalma layihəsi kimi dünyada tanıdıb: “Dünyanın aparıcı şirkətlərinin yerli mütəxəssislərlə birgə layihələndirdiyi bu yaşayış məkanı bir çox beynəlxalq sərgilərdə dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihəsi kimi müxtəlif beynəlxalq və yerli mükafatlara layiq görülüb. İndi bu ərazi Bakı sakinlərinin və şəhərimizin qonaqlarının ən sevimli yaşayış və gəzinti zonalarından birinə çevrilməkdədir”.
A.Hüseynov bildirib ki, Ağ Şəhər həm də mədəniyyət mərkəzidir. Burada bir sıra yerli və beynəlxalq incəsənət ustalarının öz əsərlərini nümayiş etdirdiyi bir məkana çevrilib: “Ağ Şəhərin mərkəzi küçələrindən olan və inşası əsasən tamamlanmış Bulvar küçəsində yerli və xarici rəssamların incəsənət əsərləri quraşdırılıb, dünyanın aparıcı memarlıq şirkətləri tərəfindən layihələndirilmiş müasir tikililər var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB