Evini müqaviləsiz kirayə verənləri hansı cəza gözləyir? - AYDINLIQ GƏTİRİLDİ
"Mövcud qanunvericiliyə əsasən mənzillər kirayə verilən zaman kirayə müqaviləsinin bağlanması və buna uyğun olaraq da verginin ödənilməsi tələb olunub. Bu Vergi Məcəlləsinin tələblərindən biridir. Buna görə də mənzillər müqavilə bağlanmadan kirayə verilirsə, bu bir tərəfdən vergi qanunvericiliyinin tələblərinin pozulması deməkdir. Digər tərəfdən isə müqavilənin bağlanması həm də bir məsuliyyətdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Deputat bildirib ki, müqavilə bağlandığı halda mənzildən istifadə zamanı baş verə biləcək hər hansı bir problem, mənzilə dəyən ziyan da məhz həmin müqavilə ilə tənzimlənir: "Eyni zamanda nəzərə almaq lazımdır ki, müqaviləsiz mənzil kirayə verilməsi, həm də vergidən yayınmaqdır. Bu baxımdan da Vergi Məcəlləsinə uyğun olaraq vergidən yayınmaqla bağlı cərimələr nəzərdə tutulub.
Biz tövsiyyə edərdik ki, bütövlükdə mənzillər kirayə verilən zaman müqavilələrin bağlanması məsələsində vətəndaşlar xüsusilə diqqətli olsunlar. Həmçinin müqavilə bağlanması məsuliyyətin bölüşdürülməsi və mənzildən istifadə edən zaman gözlənilməz ziyanların qarşılığının öncədən müqavilə ilə müəyyənləşdirilməsi və aradan qaldırılmasına imkan yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB