Ötən il xarici ölkələrlə ticarət dövriyyəsinin həcmi azalıb
Ötən il Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 51 milyard 184 milyon dollara çatıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu 2022-ci ilə nisbətən 2,9 faiz azdır. Belə ki, 2023-cü ildə ixracın həcmi 33 milyard 899 milyon dollar, idxalın həcmi isə 17 milyard 285 milyon dollar təşkil edib.
Bundan başqa, xarici ticarətdə 16 milyard 613 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 29,6 faiz azdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB