"Azərbaycan üçün hərbi xərclər önəmlidir" - DEPUTAT FİKİR BİLDİRDİ
"Hərbi istehsalın artırılması, buna hazırlıq və iqtisadiyyatın bu istiqamətə yönləndirilməsi ilk 6 ay, 1 il müddətində iqtisadiyyata müsbət təsirini göstərir. Məsələn, Almaniyada 1934-1935-ci illərdə hərbi istehsal artırıldı və 1936-ci ildə Avropada iqtisadi cəhətdən ən güclü dövlətə çevrildi. Bu xüsusda orada işsizlik kifayət qədər azalmışdı. Lakin bu müvəqqəti bir yüksəlişdir, çünki hərbi xərclərin sonu iqtisadiyyatı çökdürür". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.
Deputat bildirib ki, Avropa Parlamentinin və NATO-nun qərarına görə, büdcənin 2 faizinə qədər hərbi xərclər artırılmalıdır, bu müharibəyə hazırlıqdır: "Amma digər tərəfdən istər Amerika, istər Avropada hərbi xərclərin artırılmasının sonu göstərir ki, iqtisadiyyatda artım get-gedə azalır, işsizlik artır. Çünki hərbi istehsalat ya xaricə satılmalıdır, ya da hər hansı müharibədə iştirak olunmalıdır. Ümumilikdə bu proses iqtisadiyyata böyük bir zərbədir və insanların həyat tərzinin inkişafına imkan vermir.
Azərbaycan üçün isə hərb xərclər önəmlidir. Çünki sülh istəyiriksə, nələrisə gözə almalıyıq. Bizim şanlı ordumuz cənab Prezident başda olmaqla mühüm məsələni həl etdi, biz Qarabağı qaytardıq. Hazırda da həmin ərazilərdə yenidənqurma və bərpa layihələri həyata keçirilir. Biz özümüzü müdafiə etməyə məcburuq, buna görə də hərbi xərclər artırılır. Müharibə siyasi bir addımdır və bir çox ölkələr bundan müəyyən siyasi problemlərin qabardılmaması üçün istifadə edirlər. Amma məcburiyyət yoxdursa, hərbi xərclərin artırılmasına da gərək yoxdur. Lakin nəzərə almalıyıq ki, hazırda dünyanın bir neçə istiqamətində müharibələr, hərbi mnüqaşilər gedir. Bu isə təbii olaraq hərbi sursata olan ehtiyacı artırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB