"Kreditlərin faizinin yüksək olmasına səbəb bankların cəlb etdikləri pulun faizinin yüksək olmasıdır. Yəni banklar pulu yuxarı faizlə alır və yuxarı faizlə də satırlar". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
X.Kərimli bildirib ki, depozitlərin faiz dərəcəsi yüksək olduğundan kreditlərin də faiz dərəcəsi yüksəkdir: "Depozitlərin faiz dərəcəsinin yüksək olmasının səbəbi isə Azərbaycan manatının çox riskli olmasıdır. Buna görə də sahibkarlar yüksək gəlirlilik verməsə, banklarda manatla depozit saxlamayacaq.
Digər tərəfdən bankların və bazarın kiçik olması, insanların gəlirlərinin şəffaflıq səviyyəsinin aşağı olması da öz növbəsində şirkətlərin korporativ idarəetmə sahəsindəki problemləri olaraq xarakterizə olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB