Azərbaycanda bir sıra yerlərdə qazın verilişi dayandırılıb
Ordubadın bütün kəndlərində, Culfanın isə bir sıra kəndlərində qazın verilişi müvəqqəti dayandırılıb. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətindən SİA-ya verilən məlumata görə, təmir bərpa işləri ilə əlaqədar Ordubadın bütün kəndlərinə, Culfanın isə Yaycı, Şurud, Gal, Dizə kəndlərinə qazın verilişi saat 06:30-dan etibarən müvəqqəti dayandırılıb.
Qaz təchizatının verilməsi barədə əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB