"Azərbaycan uzun illərdir Dünya Bankı ilə sıx əməkdaşlıq edir" - İşçi qrupun rəhbəri

"Azərbaycan uzun illərdir Dünya Bankı ilə sıx əməkdaşlıq edir" - İşçi qrupun rəhbəri

"Ölkəmiz uzun illərdir Dünya Bankı ilə sıx əməkdaşlıq edir və müxtəlif istiqamətlərdə dünyada təqdir olunan birgə mühüm layihələr gerçəkləşdirilir". SİA xəbər verir ki, bu sözləri "Biznesin müflisləşməsi" İşçi qrupunun iclasında çıxışı zamanı Bakı Apelyasiya Məhkəməsinin hakimi, İşçi qrupunun rəhbəri Ramin Qaraqurbanlı deyib.

"Bu sahədə “Biznesin müflisləşməsi” İşçi qrupu öz mandatına uyğun olaraq müflisləşmə sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi, kommersiya məhkəmələrində fəaliyyət göstərən hakimlər sırasında müflisləşmə işlərinə baxan hakimlərin ixtisaslaşdırılması üzrə təkliflər təqdim edir, müflisləşmə üzrə institusional və qanunvericilik təkliflərinin verilməsi təşəbbüsü ilə çıxış edir, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə müvafiq xarici ekspertləri cəlb edir",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə