Qabarda gündəlik neft hasilatı 25 min barrelə çatıb

Qabarda gündəlik neft hasilatı 25 min barrelə çatıb

Tükiyə Neft Korporasiyası (TPAO) Qabarda gündəlik neft hasilatının 25 min barrelə çatdığını bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

TPAO sosial media hesabında etdiyi video paylaşımında "Enerjidə müstəqil Türkiyə hədəfimiz istiqamətində ay-ulduzlu bayrağımızın altında dağ-daş, gecə-gündüz demədən bütün komandamızla vəzifəmizin başındayıq" ifadəsi yer alıb.

Qabar layihəsində gündəlik neft hasilatının 25 min barrelə çatğını vurğulayan TPAO müdiri Melih Xan Bilginin bu ifadələri çatdırılıb:

"Ölkəmizin iqtisadiyyatı və qurumumuz üçün böyük dəyər istehsal olunmağa davam edir. İlin sonuna qədər hədəfimizi gündəlik hasilatımızı təkcə "Qabar" layihəsindən 35 min barrelə çatdırmaqdır. 2024-cü ilin sonuna hədəfimiz isə 100 barreldir. Bu məqsədə çatmaq üçün əlimizdən gələni edirik. Bütün komandamızla gecə-gündüz işləyirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə