Ödənişli yolların hansı üstünlükləri var? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ
"Ümumiyyətlə bir çox ölkələrdə ödənişli yollardan istifadə olunur. Regionumuzda olan Rusiya, İran kimi ölkələrdə də bu qanun tətbiq olunub". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyilib.
Onun sözlərinə görə, bu yolların üstünlüyü sərnişin və yük daşımaların daha sürətli həyata keçirilməsidir: "Ənənəvi yollardan istifadə edərkən bir sıra problemlər aşkarlanır. Bu yolun ödənişli olması vaxta qənaət baxımından da əhəmiyyətlidir. Dövlət rüsumları Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Lakin əvvəlki yollarla müqayisə etdikdə bu yollar yanacaq sərfiyyatı baxımından demək olar ki, daha sərfəlidir".
"Eyni zamanda, heyvanların daxil olmaması üçün yolların çəpərlənməsi də həyata keçirilib. Yəni, sürət intensivliyi daha yüksək olacaq. Həmin yol Bakıdan Qubaya qədər 129 km-lik yolu qət edən Azərbaycan vətəndaşının təyinat nöqtəsinə daha tez və təhlükəsiz şəkildə çatmasını təmin etmək məqsədilə tikilib. Bu yolun ödənişi 4-5 məntəqədə həyata keçiriləcək. Ödənişin üstün cəhəti odur ki, turniketlərdə tıxac yaranmayacaq. Yəni, onlayn şəkildə daimi və birdəfəlik kartlar vasitəsilə ödənişlər həyata keçiriləcək",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB