Biznes qurarkən nələrə diqqət edilməlidir? - AYDINLIQ GƏTİRİLDİ

Biznes qurarkən nələrə diqqət edilməlidir? - AYDINLIQ GƏTİRİLDİ

“Biznes qurarkən ekosistemə xüsusi diqqət edilməlidir. Bütün ölkələrdə biznes qurmaq üçün müxtəlif şərtlər var”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

X.Kərimli bildirib ki, Azərbaycanda ekosistem o qədər də inkişaf etməyib və qarşılaşacağınız problemlər də çox fərqlidir. Belə ki, Amerika şirkəti böyütmək daha rahatdır. Çünki müəyyən qaydalar və ekosistem var. Azərbaycanda isə fərdi şəkildə başlanılan biznesin 1 milyarda çevrilməsi mümkünsüzdür deyə bilərik.

Mütləq kiçik biznesin böyüyəcəyi anlayışı yoxdur, bəzi sahibkarlar bizneslərini böyütmək niyyətində olmurlar. Lakin biznesi böyütmək üçün idarəetmə təkmil şəkildə qurulmalı, əlverişlə resurs bazasına çıxış əldə olunmalı, rəqabətlə üstünlüyə malik olan məsullar istehsal olunmalıdır. Həmçinin bazarı yaxşı tanımaq, tempi tutmaq da vacibdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə