"Yarışın məqsədi qonaqları bu ərazilərlə tanış etməkdir" - QURUM RƏSMİSİ BİLDİRDİ
"I Beynəlxalq Peşə Ustalığı Yarışmasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilməsi simvolik məna daşıyır. Yarışın məqsədi qonaqları bu ərazilərlə yaxından tanış etməkdir". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib.
V. Mustafayev bildirib ki, qardaş ölkələrin energetiklərinin işğaldan azad edilmiş rayonlara dəvət edilməsi simvolik olmaqla yanaşı, yarış iştirakçılarını “Azərişığ”ın gördüyü işlər, xüsusilə innovativ həllərə dair tətbiq edilən yeniliklər, SCADA sistemi, qapalı yarımstansiya forması və digər işlərlə tanış etməkdir: "Onu da qeyd edim ki, buradakı şəhərlərin əksəriyyətində elektrik şəbəkələrində ənənəvi dayaqların heç biri olmayacaq. Elektrik şəbəkələri tamamilə yeraltı, mühafizə olunan xüsusi izolasiyalı kabellərlə qurulur. Biz bunu ilk dəfə Şuşada tətbiq etmişik və digər ərazilərdə də tətbiqini davam etdiririk”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB