"Türk dövlətləri arasında münasibətlər yüksələn xətlə inkişaf edir" - QURUM RƏSMİSİ
"Türk dövlətləri arasında münasibətlər yüksələn xətlə inkişaf edir və bu münasibətlərin daha da möhkəmləndirilməsi Azərbaycanın prioritet istiqamətlərindəndir". SİA xəbər verir ki, bu sözləri İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı "Türk dünyası iqtisadiyyatı: inteqrasiya və inkişaf perspektivləri" mövzusunda elmi seminarın açılışında çıxışı zamanı deyib.
V.Qasımlı vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr Avropa İttifaqının ərazisindən daha böyük coğrafiyanı əhatə edir: "Əgər Türk Dövlətləri Təşkilatı bir dövlət olsaydı, dünyada top 10-luğa düşərdi. Türk dövlətləri dünya əhalisinin 2,2%-ni, ümumi ticarət dövriyyəsinin 2,4%-ni və qlobal Ümumi Daxili Məhsulun 1,6%-ni təşkil edir. Mövcud potensial isə bu rəqəmlərin gələcəkdə artırılmasına imkan verir".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB