"Toplantının Şuşada keçirilməsi təkcə iqtisadi deyil..." - İQTİSADÇI ŞƏRH ETDİ

"Toplantının Şuşada keçirilməsi təkcə iqtisadi deyil..." - İQTİSADÇI ŞƏRH ETDİ

"İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan üçün önəmli olan ölkələrin birləşdiyi iqtisadi struktur olmaqla yanaşı, adından göründüyü kimi bu ölkələr arasında iqtisadi əməkdaşlığa mühüm töhfə verən təşkilatdır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan, Türkiyə və İranın da İƏT-ə daxil olduğunu xatırladan iqtisadçı vurğulayıb ki, sözügedən təşkilatın hər bir toplantısı bura üzv olan ölkələr və onların iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir: "Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasının məhz Şuşada keçirilməsi müsbət dividentdir: “Toplantının Şuşada keçirilməsi təkcə iqtisadi deyil, eyni zamanda, siyasi strateji istiqamətlərdə də Azərbaycan üçün faydalıdır. Toplantının Şuşada keçirilməsi işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi üçün bu ölkələrin verə biləcəyi töhfənin artırılması ilə yanaşı, Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə