Türkiyə avtomobil sənayesinin 2023-cü ilin sentyabr ayı ixracatı

Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyindən (OİB) verilən məlumata görə ...
Türkiyə avtomobil sənayesinin 2023-cü ilin sentyabr ayı ixracatı

Türkiyənin avtomobil sənayesi 2023-cü ilin sentyabr ayında 2 milyard 822 milyon dollarlıq məhsul ixrac edib.

SİA türk qaynaqlarına istinadən xəbər verir ki,Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyindən verilən məlumata görə, Türkiyə avtomobil sənayesinin sentyabr ayında ixracatı əvvəlki ilin eyni ayına görə 2,6 faiz artaraq 2 milyard 822 milyon 476 min dollara çatıb.

Xarici satışlarda kimyəvi maddələr və məmulatlar sektorundan sonra ikinci yerdə olan avtomobil sənayesinin ixracatdakı payı 14,7 faiz olub.

Bütün xəbərlər Facebook səhifəmizdə