"Pulun kredit olması müştəriyə bildirilmir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Pulun kredit olması müştəriyə bildirilmir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Bu günləri bank sektorunda olan təbliğat və informasiya verilməsi məsələsi bəzi hallarda qanunvericiliyə uyğun şəkildə olsa da, peşəkarcasına və müştəri anlamadığı şəkildə də baş verir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Ruslan Atakişiyev deyib.
Onun sözlərinə görə, müştəri bəzi hallarda bank tərəfindən ona göndərilən informasiyaları anlamadığına görə buna meyl edirlər və götürdükləri vəsaiti ödəməkdə çətinlik çəkirlər: “Əslində normalda onlar banka müraciət etdiyi zaman məsələlər tam şəkildə aydınlaşdırılmalıdır. Məsələn, içi pul dolu bank kartları var ki, müştərilərə paylanır. Amma bu pulun kredit olması müştəriyə bildirilmir. Sabah da müştəri ödənişi gecikdirdikdə faiz hesablanır və bununla bağlı problem yaşayırlar.

Biz dəfələrlə banklara təklif etmişik ki, kredit vəsaitini orada göstərmirlər. Müştəri bunun üçün əlavə müraciət etdiyini bilməlidir. Bu məlumatların açıqlanmasının hər kəsin başa düşəcəyi şəkildə işlər aparılmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə