Benzin qiymətlərində artım olacaq? - İQTİSADÇI DANIŞDI

Benzin qiymətlərində artım olacaq? - İQTİSADÇI DANIŞDI

“Sosial şəbəkələrdə benzinin qiymətinin artacağı ilə bağlı yayılan məlumatların heç bir iqtisadi əsası yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, Ai-92 markalı benzinin qiymətini Tarif Şurası tənzimləyir: “Lakin hazırda nə neftin qiymətində ötən illərə görə bahalaşma var, nə də iqtisadi mühitdə benzinin qiymətinin artmasına səbəb olacaq qeyri-adi dəyişikliklər baş verir.

Hətta Ai-95 markalı benzinin qiyməti qonşu ölkələrdəki qiymətdən artıqdır. Ai-92 markalı benzinin qiyməti isə bazar vəziyyətinə uyğundur. Buna görə də hər hansı qiymət artımına gediləcəyini zənn etmirəm”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə