Azərbaycanın iqtisadiyyat naziri “Envision Energy” şirkətinin vitse-prezidenti ilə müzakirələr aparıb - FOTO
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Envision Energy” şirkətinin vitse-prezidenti Con Li ilə müzakirələr aparıb. SİA xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov “X” sosial şəbəkədəki hesabında yazıb.
“Envision Energy” şirkətinin vitse-prezidenti Con Li ilə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində innovasiyaların tətbiqi, sıfır emissiyalı sənaye parklarının yaradılması və əməkdaşlıq imkanları barədə müzakirələr apardıq”, - nazir qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB