“Rusiya-Ukrayna müharibəsi dünya və region ölkələrindən təsirsiz yan keçmədi” - DEPUTAT DANIŞDI

“Rusiya-Ukrayna müharibəsi dünya və region ölkələrindən təsirsiz yan keçmədi” - DEPUTAT DANIŞDI

“Rusiya-Ukrayna müharibəsi dünya, eləcə də region ölkələrindən təsirsiz yan keçmədi. Xüsusilə də, istehlak bazarında qiymətlərdə artım müşahidə etdik”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, qiymət artımları qlobal və region iqtisadiyyatına öz təsirini göstərdi:

“Sözügedən müharibə davam etdikcə onun təsirlərini həm istehlak bazarında görəcəyik, həm taxıl bazarındakı çətinliklər aradan qalxmayacaq. Anlaşmanın pozulması da buğdanın dünya bazarına çıxarılmasında çətinliklər yarada bilər. Buna görə də müharibənin davam etməsi iqtisadi baxımdan həm dünya, həm də region üçün arzuolunan deyil.

Azərbaycan gördüyü tədbirlər sayəsində müharibənin iqtisadiyyata təsirlərini minimumlaşdırmağa çalışır, buğda idxalının artırılması da məhz bundan xəbər verir. Amma idxal təbii olaraq hər zaman təsirli deyil”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə