“Adətən, sığorta şirkətləri ziyanlı çıxır“ - İQTİSADÇI DANIŞDI
“Avtomobillərin icbari sığortasında qiymət artımı son illərdə avtomobil ehtiyat hissələrində olan artımla bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Onun sözlərinə görə, avtomobilin icbari sığortası sığorta şirkətləri üçün o qədər də sərfəli deyil: “Baş verən qəzalardan sonra sığorta zamanı, adətən, sığorta şirkətləri ziyanlı çıxır. Buna görə də Mərkəzi Bankın qarşısında məsələ qaldırılıb. Risklərin yüksək olduğu nəzərə alınaraq da sığorta şirkətlərinin istəyinə uyğun olaraq qiymət artırılıb”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB