"Azərbaycanın bütün bölgələrində yol infrastrukturu müasirləşməkdədir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanın bütün bölgələrində yol infrastrukturu müasirləşməkdədir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Prezident İlham Əliyevin sərəncamı ilə Masallı rayonunda yol infrastrukturun yenidən qurulması ilə əlaqədar 14,6 milyon vəsait ayrılıb. Bu gün dövlətimizin iqtisadi gücü işğaldan azad olunmuş ərazilərin sürətlə yenidən qurulub bərpasına, ordunun döyüş qabiliyyətinin artırılmasına və ölkənin digər rayonlarının sosial -iqtisadi inkişafının davam etdirilməsinə imkan verir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycanın bütün bölgələrində yol infrastrukturu müasirləşməkdədir: "Tarixdə heç vaxt yol olmayan dağ kəndlərə asfalt döşənmiş müasir yollar çəkilir.

Yol rahatlıq, iqtisadiyyat və mədəniyyət deməkdir. Cənab Prezidentin sərəncamı ilə bu gün vəsait ayrılan yolları əhatə edən ərazi 27 yaşayış məntəqəsini birləşdirməklə 51 min nəfər insanın həyat şəraitini müasirləşdirəcək. Həm də bu yollar bölgədə istehsal olunan məhsulların itikisiz daşınmasında əhəmiyyətli rol oynayacaq.

Müasir yollar turizm sektorun inkişafına töhfə verir. Bu o deməkdir ki, ölkə başçısının vəsait ayrdığı bu yolun tikintisi başa çatandan sonra nəinki bu ərazidə yaşayan 51 min insan faydalanacaq, həm də həmin ərazilərin turizm sektoru canlanacaq və yüzminlərlə insan bu yolların rahatlıqından yararlanacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə