Qaz təchizatında müvəqqəti fasilə yaranacaq - DİQQƏT!

Qaz təchizatında müvəqqəti fasilə yaranacaq - DİQQƏT!

“Azəriqaz” İB Ağsu və Kürdəmir rayonlarının sakinlərinə müraciət edib. İB-dən SİA-ya bildirilib ki, "Ağsu” ölçü qovşağından qidalanan qaz kəməri üzərində yeni kollektorun quraşdırılması ilə bağlı avqustun 18-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə