Türkiyədə neft hasilatı rekord səviyyəyə çatıb

Bu barədə “Türkiyə Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib
Türkiyədə neft hasilatı rekord səviyyəyə çatıb

Türkiyədə ölkədaxili neft hasilatı rekord səviyyəyə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Türkiyə Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.

Paylaşımda bu ifadələrə yer verilib: "Yeni Quyular, Yeni Rekordlar! ''Şəhid Esma Çevik" və "Şəhid Aybüke Yalçın" yataqlarında qazılan yeni quyularla Şırnak Qabar ərazisində gündəlik 16 min 188 barel neft hasilatı əldə edilib. 75 min 52 barel ümumi neft hasilatı ilə ölkədə ən yüksək gündəlik hasilat rekorduna imza atılıb. Enerji sahəsində müstəqil Türkiye hədəfinə doğru əmin addımlarla irəliləyirik''.

Bütün xəbərlər Facebook səhifəmizdə